SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Prezident Minifutbol Federasiyasına iki milyon ayırdı - SƏRƏNCAM

Prezident Minifutbol Federasiyasına iki milyon ayırdı - SƏRƏNCAM

  • 04 iyun 2025, 13:57

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Yurd.Media xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Prime Leasing