SÜJET
Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.
Yurd.Media xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkün olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
Qeyd edək ki, mayın 31-də keçiriləcək final oyunu saat 19:00-da başlayacaq.