SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Avropa turnirlərində mübarizə aparacaq tanış və yeni simalar - ARAŞDIRMA

Avropa turnirlərində mübarizə aparacaq tanış və yeni simalar - ARAŞDIRMA

  • 09 iyun 2025, 23:38

Artq futbol mövsümün başa çatması ilə  Avrokuboklarda çıxış edəcək klubların adına aydınlıq gəlir. Bu il də sürpriz komandaların gözlənilməz nəticələri ilə gələn mövsümdə Avropa turnirlərinə vəsiqə qazandıqlarına şahid olduq.

Avropada uzun müddətdir çıxış etməyən və yeni vəsiqə qazanan klublar: 

İspaniyadan

“Atletik Bilbao”

Basklılar İspaniya liqasında 4-cü yeri tutmaqla Avropanın 1 nömrəli klub turniri olan UEFA Çempionlar Liqasına vəsiqə qazandı. Onlar tam olaraq 11 il öncə “Portu”, “Şaxtyor Donetsk” və “Bate Borisov”un olduğu qrupda 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət alaraq yoluna Avropa Liqasında davam etmişdir.

“Villareal”

Onlar Liqada 5-ci yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb. Sonuncu dəfə 4 il öncə Çempionlar Liqasında oynamış və yarım-finala qədər irəliləmişdir. O ilin Çempionu “Liverpul”a məğlub olmuşdular.

Yunanıstan çempionu:

“Olimpiyakos”

Onlar sonuncu dəfə 5 il öncə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıblar. Yenidən onlar Avropanın 1 nömrəli turnirində çıxış edəcəklər.

UEFA Çempionlar liqasında ilk dəfə mübarizə aparacaq klub:

“Union Sent-Jilluaz”

90 ildən sonra çempion olan klub ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Bu onlar üçün maraqlı və həyəcanverici olacaq.

Çexiya çempionu:

“Slavya Praqa”

Onlar sonuncu dəfə 6 il öncə 2019/20 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmış və sonuncu olmuşdular.

Gələn mövsüm Avropa liqasında da çox fərqli klublar iştirak edəcək. Bu klublardan İtaliya kubokuna sahib çıxmaqla bu turnirdə iştirak hüququ qazanan klub:

“Bolonya”

Sonuncu dəfə Avropa Liqasında 26 il öncə iştirak etmiş klub, uzun müddət sonra Avropaya qayıtdı. Klub keçən il Çempionlar liqasında iştirak etmişdi. Bu il isə fərqli Avropa turnirində yenidən İtaliyanı təmsil edəcəklər.

Növbəti klub isə məhz “Bolonya” ilə eyni taleyi yaşayan Almaniya kubokunun sahibidir:

“Ştutqart”

Onlar kuboka yiyələndikləri üçün bu il Avropa Liqasında iştirak edəcəklər. Keçən il Çempionlar Liqasında iştirak etmişdi. Sonuncu dəfə 12 il öncə Avropa Liqasının təsnifat mərhələsində, ondan 1 il qabaq da qrup mərhələsində iştirak etmişdir. Hətta son 32 klub arasına qalmış və mübarizəni bu mərhələdə dayandırmışdır.

İspaniyadan isə uzun müddətdir Avropada iştirak etməyən bir klub gələn mövsümdə Avropa Liqasında mübarizə aparacaq:

“Selta Viqo”

Klub bu mövsüm 7-ci yeri tutaraq 9 il sonra Avropada iştirak hüququ qazanmışdır. Onlar 2016/17 mövsümündə Avropa Liqasının G qrupunda “Ayaks”, “Standart Lyej” və “Panatinaykos” ilə mübarizə aparmışdır. “Ayaks”ın ardınca 9 xalla 2-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanmışdır. Onlar o ilin çempionu “Mançester Yunayted”ə yarımfinalda məğlub olmuş və mübarizəni dayandırmışdır.

İngiltərədə isə FA kubokuna sahib çıxan və ilk dəfə Avropa səhnəsində çıxış edəcək bir klubdan bəhs edəcəm:

“Kristal Pelas”

Klub ilk dəfə Avropada çıxış edəcək. Həm azarkeşləri, həm də İngiltərə adına yeni bir klubun iştirakı onlara populyarlıq qazandıracaq. Bu onlara  yeni bir futbol turnirində təcrübə qazandıracaq.

İngiltərə 6-sı olan klub:

“Aston Villa”

Klub 3 ildir ard-arda Avropada çıxış edir. İki il öncə Konfransda, keçən il Çempionlar Liqasında, bu il isə Avropa Liqasında mübarizə aparacaq. Konfransda yarım-finalı, Çempionlar Liqasında ¼ finalı görən klubdan bu ildə gözləntilər böyükdür. Qeyd edək ki, klub Avropa Liqasının pley-offunda 2010/11, qrupunda isə 17 il qabaq mübarizə aparmışdır.

Fransa 5-si olan klub:

LOSC Lille”

Fransanı təmsil edən klub sonuncu dəfə Avropa Liqasında 5 il öncə 2020/21 mövsümündə mübarizə aparıb. Onlar H qrupunda “Milan”, “Seltik” və “Sparta Praqa” ilə eyni qrupa düşmüş və 11 xalla ikinci yer tutub, növbəti mərhələyə vəsiqə qazanmışdır. Burda iki oyunun nəticəsinə görə 4-2 “Ayaks”a məğlub olmuşdur.

Hollandiya da kuboka ilk dəfə sahib çıxan klub:

“Go Ahead Eagles”

Klub ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Onlar daha öncə qrup mərhələsində iştirak etməyiblər. Yalnız 2015/16 mövsümündə iştirak etmiş və 1-ci təsnifatda uduzaraq, mübarizəni dayandırmışdılar. Keçən mövsümdə isə Konfrans Liqasının təsnifat mərhələsinin ikinci təsnifatında Norveçin “Brann” klubuna iki oyunun nəticəsinə görə 2-1 məğlub olub, mübarizəni dayandırmışdır.

Xorvatiya 2-si:

“Dinamo Zaqreb”

Uzun müddətdir çempion olaraq Çempionlar Liqasında mübarizə aparan klub, bu il çempion ola bilmədi. Onlar sonuncu dəfə 2 il öncə Avropa Liqasının pley-offunda “Sparta Praqa”ya 5-4 uduzaraq Konfransa yollanmışdı. Avropa Liqasının qrupunda isə sonuncu dəfə 4 il öncə 2021/22 mövsümündə mübarizə aparmışdır.

Konfrans Liqasında da eynilə ilk dəfə bu turnirdə iştirak edən klublar, hətta uzun müddətdən sonra Avropada yenidən çıxış edəcək klublar da var. Onlar pley-off mərhələsindən mübarizəyə başlayacaqlar.

Bunlardan İngiltərənin tarixi komandası, iki qat Çempionlar Liqasının qalibi olan:

“Nottinqem Forest”

Konfrans Liqasının Pley-off mərhəlisində iştirak edəcək klub vaxtilə 1978/79, 1979/80-ci illərdə Çempionlar Liqasının qalibi olmuş və 1979/80-ci ildə UEFA Super Kubokuna sahib çıxmışdır. Onlar uzun müddətdir Avropada çıxış etmirdilər, bu il İngiltərə Premyer Liqasında 7-ci yerdə qərarlaşaraq Konfrans Liqası Pley-offunda iştirak etmək hüququ qazanıb.

İspaniyada 5 klubun Çempionlar liqasına yollanmasından sonra 8-ci yerdə qərarlaşan klub Konfrans Liqasının Pley-offuna vəsiqə qazandı:

“Rayo Vallekano”

İspaniya təmsilçisi yalnız bir dəfə Avropa Liqasında çıxış edib, bu isə 2000/01-ci ildə baş tutmuşdur. Onlar son 8 klub arasına qatılsalarda burada finalçılardan biri olmuş “Alaves”ə məğlub olmuşdular. Aradan keçən uzun müddətdən sonra 25 ilin sonunda onlar yenidən Avropa səhnəsində özlərini göstərməyə haqq qazanıblar.

Uzun müddətdən sonra Avropaya qayıdan klublardan biri də Almaniyanın 6-dır:

“Mayns”

Almaniya təmsilçisi sonuncu dəfə Avropada 2016/17 mövsümündə yəni 9 il öncə qatılmış və təmsilçimiz “Qəbələ” ilə eyni qrupda yer almışdı.

Fransadan isə liqa 7-nin Konfrans Liqasında çıxışı gözlənilir:

“Strazburq”

Fransa təmsilçisi sonuncu dəfə Avropada 6 il öncə Avropa Liqasının təsnifat və pley-off mərhələsində çıxış etmişdir. Pley-off mərhələsində “Ayntraxt Franfkurt”a məğlub olmuşdular.

Bu klubları Avropada izləmək maraqla gözlənilir.

Prime Leasing