"Qarabağ" Azərbaycan Premyer Liqasında 12-ci çempionluğunu rəsmiləşdirdi.
Yurd.Media xəbər verir ki, çempionatın 32-ci turunda "Sabah"la səfər oyununda heç-heçə edən Ağdam klubu qızıl medalları vaxtından əvvəl təmin edib.
Görüşdə hesabı "Qarabağ" açıb. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə Boyan Letiç "Sabah"ın bərabərlik qolunu vurub.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.