SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Zaqatalada toydan qayıdanlar qəzaya düşüb

Zaqatalada toydan qayıdanlar qəzaya düşüb

  • 12 oktyabr 2025, 10:14
Zaqatala

Zaqatalada toydan qayıdan sakinlər qəzaya uğrayıb, xəsarət alanlar var.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 11-i saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib.

Reklamınızı SmartBee ilə effektiv edin.

Belə ki, Zaqatala rayonun sakininin idarə etdiyi “Mercedes Vito” markalı sərnişin daşıyan mikroavtobusla rayonun Muxax kənd sakininin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.

Qəza zamanı mikroavtobusda olan xeyli sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Mikroavtobusda olan sərnişinlərin rayonun Qımır kənd sakinləri olduqları bildirilir. Onlar Zaqatalada fəaliyyət göstərən şadlıq evlərindən birində keçirilən toy məclisindən evlərinə qayıdıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Prime Leasing