SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Zaqatalada 15 yaşlı oğlan canavarı öldürdü

Zaqatalada 15 yaşlı oğlan canavarı öldürdü

  • 03 may 2026, 21:08
Zaqatala

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan kişi Zaqatala Rayon Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları