Yevlax rayonunun Hacıselli kəndi yaxınlığından keçən magistralda yol qəzası olub.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, "VAZ 2107" və "Hundai" markalı minik avtomobilləri toqquşub.
Nəticədə Ağdaş rayon sakinləri - 1964-cü il təvəllüdlü Təzəgül Ağayeva və 2006-cı il təvəllüdlü gəlini Nərgiz Bəkirova yüngül xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib və zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.