Yevlaxda ağır qəza: Şəki sakininin qolu amputasiya olundu

Yevlaxda ağır qəza: Şəki sakininin qolu amputasiya olundu

  • 28 aprel 2025, 10:50
Yevlax

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən "Honda" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə Şəki sakinləri — Məlakət Süleymanova və 1993-cü il təvəllüdlü Yusif Süleymanlı ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili xəstəxanaya çatdırılıblar.

Xəstəxanada aparılan tibbi müdaxilələrə baxmayaraq, Yusif Süleymanlının qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.