Yasamalda polis tərəfindən saxlanılan kuryerlərdən 31 kq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya verilən məlumata əsasən, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq, götürülüb.
Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.