SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - VİDEO

Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - VİDEO

  • 11 noyabr 2025, 17:23

Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

"Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan "C-130" hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb".

Yurd.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.

Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

"Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Prime Leasing
SPE Annual Caspian