SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Gözəllik klinikasının 100 min manatlıq əşyaları müsadirə olunub

Gözəllik klinikasının 100 min manatlıq əşyaları müsadirə olunub

  • 21 yanvar 2026, 18:57
Bakı

Həkim kosmetoloq Gülarə Zeynalovanın klinikasının əşyaları müsadirə olunub.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, söhbət Bakının Əhməd Cavad 76 ünvanında yerləşən "Oliva beauty style”dən gedir.  

Qeyd edək ki, Gülarə Zeynalova "Oliva beauty style”ın direktorudur.

Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.

Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.

Onu da bildirək ki, hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları