SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Toyda bəyi bıçaqladılar - İsmayıllıda

Toyda bəyi bıçaqladılar - İsmayıllıda

  • 29 sentyabr 2025, 10:02
İsmayıllı

İsmayıllının kəndində keçirilən toyda bəyi bıçaqlayıblar.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki,Talıstan kəndi ərazisində keçirilən toy mərasimində yaranan mübahisə dava ilə nəticələnib.

Hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev (bəy), 2005-ci il təvəllüdlü Səid İsayevi toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.

Bu vaxt E.Babayev daha üç nəfəri - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.

Prime Leasing