SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib

Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib

  • 11 aprel 2025, 19:30
Bakı

Toy karvanında qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər.

Yurd.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Qeyd olunub ki, avtoxuliqanlıq edən VAZ-21214 markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.

Həmçinin "Chevrolet" markalı, 77-NT-048 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-EH-807 dövlət qeydiyyat nişanlı, "Khazar" markalı, 90-YN-188 dövlət qeydiyyat nişanlı, "Ravon" markalı, 77-MV-697 dövlət qeydiyyat nişanlı, "Lada" markalı, 77-YC-121 dövlət qeydiyyat nişanlı, "Daewoo" markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

Prime Leasing