SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Tovuzda ikimərtəbəli ev yanıb

Tovuzda ikimərtəbəli ev yanıb

  • 01 iyul 2025, 23:28
Tovuz

Tovuzda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə Tovuz şəhərinin Əhməd Cavad küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Dilbariz Abbasova məxsus ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli evdə anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 90 kvadratmetr sahəsi əşyalarla birlikdə yanıb.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.

Prime Leasing