Tovuzda 34 yaşlı kişi özünü yandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Tovuz rayon sakini 1991-ci il təvəllüdlü Z.İbrahimov üzərinə benzin tökərək özünü yandırıb.
O, bədənin 70-80 faizi yanığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, onun ruhi-əsəb xəstəliyi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.