Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Yurd.Media Reporta istinadən xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisə yerinə baxış keçirir.