Sumqayıtda bədbəxt hadisə: Güclü külək sürücünün ölümünə səbəb oldu

Sumqayıtda bədbəxt hadisə: Güclü külək sürücünün ölümünə səbəb oldu

Sumqayıt

Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Yurd.Media sosial şəbəkəyə istinadən xəbər vrir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Güclü külək hasarı 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus "KamAZ" markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.