Ölkənin şimal bölgəsində iki rayonun sərhədində torpaq sürüşməsi oldu.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin Tədqiqatı Bürosunadan Yurd.Media-ya bildirilib ki, Quba rayonunun ərazisində, Qusar rayonunun inzibati sərhədinə yaxın zonada aktiv sürüşmə prosesi baş verib.
Qurumun məlumatına əsasən, sürüşmə prosesi iyunun 20-də yerli vaxtla saat 09:46:34-də başlayıb. Bildirilib ki, aktiv fazada olan sürüşmə prosesi hazırda da davam etməkdədir.
Sürüşmənin baş verdiyi ərazidə hər hansı bir yaşayış məntəqəsinin olmadığı diqqətə çatdırılıb.
Hazırda Quba-Qusar sərhədində qeydə alınan sürüşmə prosesi RSXM-nin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən mütəmadi olaraq monitorinq edilir.