SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Şəmkirdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ƏMƏLİYYAT: saxlanılanlar var

Şəmkirdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ƏMƏLİYYAT: saxlanılanlar var

  • 10 iyun 2025, 15:46
Şəmkir

Şəmkir rayonunda 5 kq narkotik dövriyyədən çıxarılıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmayılov saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kq 700 qram narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb. Onların üzərindən, avtomobilindən və yaşadıqları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib.

Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Prime Leasing