Şəkidə yol qəzasında ata ölüb, 9 yaşlı oğlu xəsarət alıb

Şəkidə yol qəzasında ata ölüb, 9 yaşlı oğlu xəsarət alıb

  • 22 aprel 2025, 11:03
Şəki

Aprelin 22-də saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Yurd.Media"ya verilən məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiribiliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 04:20-də ölüm faktı qeydə alınıb.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir.

2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə sürücü, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin oğludur.