Şəkidə ahıl kişi yaşadığı evdə yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Bideyiz kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət kürsülü evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ölən şəxs kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevdir.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.