Şamaxıya gedən yolda hərəkət iflic oldu

Şamaxıya gedən yolda hərəkət iflic oldu

  • 17 aprel 2025, 12:33
Şamaxı

Güclü leysanın ardınca gələn sel Şamaxıda bir sıra fəsadlara yol açıb.

Şamaxı-Padarqışlaq yolundan keçən sel suları avtomobillərin hərəkətinə mane olduğu üçün Dövlət Yol Polisi əməkdaşları müvəqqəti məhdudiyyət tətbiq edərək, yolu bağlayıb.

"4-5 saatdan çoxdur burada qalmışıq. Gözləyirik ki, yolu açsınlar", - deyə sakin bildirib.

Daha sonra əraziyə texnika və canlı qüvvə cəlb edilərək yolun açılması istiqamətində işlər aparılıb.

Daha ətraflı Baku TV-nin süjetində: