SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şahbuzda avtomobil yoldan çıxaraq aşıb, 5 nəfər ağır yaralanıb

Şahbuzda avtomobil yoldan çıxaraq aşıb, 5 nəfər ağır yaralanıb

  • 25 may 2025, 23:47
Şahbuz

Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Babək rayon Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Fərhad Ceyhun oğlu Vəliyev, 2005-ci il təvəllüdlü Nuray Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Surə Zeynal qızı Zeynalova, 2003-cü il təvəllüdlü Nihad Həsən oğlu Həsənov, 2002-ci il təvəllüdlü Fərahim Ceyhun oğlu Vəliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Prime Leasing
SPE Annual Caspian