SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Taxıl sahəsini yandırdılar - polis həbs etdi

Taxıl sahəsini yandırdılar - polis həbs etdi

  • 04 avqust 2025, 22:34
Quba

Qubada  biçilmiş taxıl sahələrini yandiranlardan bir nəfər həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Yurd.Media-ya verilən xəbərə görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

Prime Leasing