SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qubada təhlükəli kafe bağladıldı - VİDEO

Qubada təhlükəli kafe bağladıldı - VİDEO

  • 14 iyun 2025, 15:29
Quba

Qubada yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb.

Yurd.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Yarəliyev Zeynal Yarəli oğlunun istifadəsində olan kafedə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Yarəliyev Zeynal Yarəli oğlunun istifadəsində olan kafenin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Prime Leasing