SÜJET
Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi VAZ 21099 markalı avtomobili aşırıb.
Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.