SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qadın adları ilə saxta profillər yaradıb vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanıldı

Qadın adları ilə saxta profillər yaradıb vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanıldı

  • 13 iyun 2025, 10:24
Babək

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları  aldadan şəxs polis tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan  və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və  həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Prime Leasing