Gəncədə torpaq üstündə bıçaqlayan şəxs saxlanılıb.
Yurd.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində E. Əliliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə dünən şəhərin Totanlı kəndində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü E.Əlilli torpaq üstündə yaşanan mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətmiş gənc isə hadisə yerindən qaçmışdı.