SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Gəncədə torpaq üstündə mübahisə düşüb, bıçaqlanan var

Gəncədə torpaq üstündə mübahisə düşüb, bıçaqlanan var

  • 18 mart 2026, 21:24
Gəncə

Gəncədə torpaq üstündə bıçaqlanma ilə nəticələnən mübahisə düşüb.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin Totanlı kəndində qeydə alınıb. 

Belə ki, 1970-ci il təvəllüdlü E.Əlilli torpaq üstündə yaşanan mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. 

Hadisəni törətməkdə şübhəli bilinən isə hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları