Bakıda və regionlarda məktəblərin ətrafında təhlükəli şəxslərin göründüyünə dair iddialar yayılıb. Son günlərdə sosial şəbəkələrdə bu mövzuda səs yazıları və videolar geniş şəkildə paylaşılır. Səs yazılarında uşaqları oğurlayan cinayətkar qrupun formalaşdığı iddia edilir.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, bu cür səs yazıları o qədər sürətlə yayılıb ki, məktəblilərin valideynləri arasında ciddi təşviş yaranıb.
Sosial mediada paylaşılmış bir videoda başı bağlı və üzü görünməyən şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı irəli sürülür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, yayılan səs yazıları araşdırılıb və onların əsassız olduğu müəyyən edilib.
Qurum vətəndaşlara çağırış edərək diqqətli olmağı, təsdiqlənməmiş və əsası olmayan məlumatları paylaşmamağı tövsiyə edib.
Ətraflı süjetdə: