SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Lənkəranda  yol-nəqliyyat hadisəsində 2 məktəbli ölüb

Lənkəranda yol-nəqliyyat hadisəsində 2 məktəbli ölüb

  • 19 sentyabr 2025, 09:36
Lənkəran

Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində "Mercedes" məktəbliləri vurub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Lənkəranda məktəblilərin ölümü ilə nəticələnib.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaş 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing