Kürdəmirdə yol qəzası olub, ölən var.
Yurd.Media xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Hadisə nəticəsində sürücü Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şamil oğlu ölüb.
Qəza nəticəsində Sığırlı kəndində 1100 abonentin elektrik verilişində fasilə yaranıb.
Hazırda elektrik enerjisinin verilməsi istiqamətində tədbirlər həyata keçirilir.