SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İsmayıllının dağlıq ərazilərində yanğın baş verib

İsmayıllının dağlıq ərazilərində yanğın baş verib

  • 24 avqust 2025, 22:09
İsmayıllı

İsmayıllı rayonunun Əhən kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi qeydə alınıb.

Yurd.Media xəbər verir ki, alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı rayonlarından canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və tamamilə söndürülüb.

Mürəkkəb relyefli ərazidə baş verən hadisənin səbəbləri araşdırılır.

Prime Leasing