SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xocavənddə 70 hektarlıq sahəni yandıran gənc saxlanıldı

Xocavənddə 70 hektarlıq sahəni yandıran gənc saxlanıldı

  • 24 avqust 2025, 21:44
Xocavənd

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yurd.Media-ya bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfov törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Prime Leasing