SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sədərəkdə yanan anbarla bağlı məşhur şirkət açıqlama verib - YENİLƏNİB

"Sədərək"də yanan anbarla bağlı məşhur şirkət açıqlama verib - YENİLƏNİB

  • 24 avqust 2025, 23:26

“Supertoys” MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Yurd.Media xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə “Supertoys” MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.

Məlumatda bildirilir ki, yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub.

“Hal-hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.

Şirkət rəsmi olaraq bildirir ki, müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.


*** 22:47

"Sədərək" ticarət mərkəzindəki yanğının yeni təfərrüatı məlum olub.

Yurd.Media Musavat.com-a istinadən xəbər verir ki, güclü yanğının baş verdiyi anbar "Super Toys" mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.

Bildirək ki, məşhur "Super Toys" mağazalar şəbəkəsinin "Sədərək" ticarət mərkəzi ilə yanaşı Bakı və ətraf qəsəbələrdə filialları var.

Şirkətin rəsmi saytında olan məlumata əsasən hazırda şəbəkənin Bakıda 19 filialı xidmət göstərir.

Bu mağazalar şəbəkəsində uşaq aləminə aid olan müxtəlif növ malların satışı həyata keçirilir.

İlkin məlumata görə, baş verən yanğın zamanı şirkətə dəymiş zərər yüz minlərlə manatdır. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. Ətrafda olanların köməyi ilə yanğın başlayan zaman malların çox az bir hissəsini anbardan çıxarmaq mümkün olub.

Prime Leasing