SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Sədərək”də yanğınla əlaqədar polis cəlb edilib, yolda sıxlıq yaranıb

“Sədərək”də yanğınla əlaqədar polis cəlb edilib, yolda sıxlıq yaranıb

  • 24 avqust 2025, 13:24

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə Yurd.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən isə  Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Qeyd edək ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Prime Leasing