SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Katex çayı daşdı:  əkilən yüzlərlə hektar sahə su altındadır

Katex çayı daşdı: əkilən yüzlərlə hektar sahə su altındadır

Zaqatala

Zaqatalada Katex çayı daşıb, fermerlərin təsərrüfatlarına ciddi ziyan dəyib. Çayın daşması nəticəsində qarğıdalı, buğda, yonca və bostan bitkiləri əkilən yüzlərlə hektar sahə su altında qalıb. 

Yurd.Media  xəbər verir ki, sel suları Zaqatala rayonu Aşağı Çardaxlar kənd sakinlərinə küli miqdarda ziyan vurub. Hətta Katex çayın daşması nəticəsində bəndin daha yuxarıdan yuyulması yaşayış evlərinin də su altında qalmasına da səbəb ola bilər.

Sakinlər "Bakü TV"yə bildiriblər ki, 2 ildir yağışlar artması ilə bəndləri yuyulub gedib. Qurumlar işləsələr də, bir faydası olmadı. 

Problemlə bağlı Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, 1 aydan artıq müddətdir ki, Katex çayın köhnə məcrası bərpa olunub. Hava şəraitindən asılı olaraq, işlər davam etdiriləcək. 

Daha ətraflı süjetdə:

Prime Leasing