İsmayıllıda iki avtomobil toqquşub.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə dünən baş verib.
Belə ki, İsmayıllı rayonunun Buynuz kəndi ərazisində Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.