İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşların borcun ödənilməsi ilə bağlı vətəndaşlara qarşı mülki iddialar qaldırıb.
Yurd.Media-nın əldə etdiyimiz məlumata görə, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borclara görə olan iddialar Nizami Rayon Məhkəməsinə daxil olub.
Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” ilə vətəndaş arasında bağlanmış 2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə görə yaranmış borcun ödənilməsi tələb olunub. Tələb olunan məbləğ 528 manat borc və 30 manat dövlət rüsumudur. Nizami Rayon Məhkəməsi tərəfindən dövlət qurumunun qaldırdığı kiçik iddia ərizəsi təmin olunub. Qeyd olunan məbləğlərin vətəndaşdan tutulması barədə qətnamə çıxarılıb.
Xidmətin eyni tələbi ilə Nizami Rayon Məhkəməsində də daha bir iddia üzrə məhkəmə araşdırıması aparılıb. İddia ərizəsinə görə, bu dəfə tələb olunan məbləğ isə 569,04 manat borc və 30 manat dövlət rüsumdur. Məhkəmə tərəfindən bu iddia da təmin olunub.