SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti daha bir vətəndaşı məhkəməyə verdi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti daha bir vətəndaşı məhkəməyə verdi

  • 25 noyabr 2025, 10:44

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşların borcun ödənilməsi ilə bağlı məhkəmələrdə mülki iddialar qaldırır.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, xidmət tərəfindən daha bir iddia Xəzər Rayon Məhkəməsinə təqdim olunub.

Xidmət su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsini tələb edir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə vətəndaş arasında 2018-ci ildə bağlanmış müqavilə əsasında vətəndaşın öhdəliyinə istifadəyə görə hər ay ödəniş etməlidir.

Lakin vətəndaş bəzi səbəblərdən ödəniş edə bilməyib və xidmətə 2025-ci ildə 407 manat borcu yaranıb.

Xəzər rayon Məhkəməsi tərəfindən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin iddiası təmin edilib və borcun vətəndaşdan alınması barədə qətnamə çıxarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları