SÜJET

Hacıqabulda sel yolları dağıdıb, uşaqlar məktəbsiz qalıb - VİDEO

Hacıqabulda sel yolları dağıdıb, uşaqlar məktəbsiz qalıb - VİDEO

Hacıqabul

Hacıqabulda kəndin yolu dağılıb.

Hacıqabul rayonu Birinci Udullu körpüsü sel nəticəsində uçub və rayon mərkəzi ilə əlaqələri kəsilib.

Yurd.Media xəbər verir ki, güclü yağışlar nəticəsində Pirsaat çayının daşması kənd yolunun uçmasına səbəb olub. "Baku TV"yə danışan sakinlər bildirir ki, işıqları, qazları yoxdur. Uşaqlar məktəbə gedə bilmirlər.

Birinci Udullu kənd icra nümayəndəsi Əli Məmmədov bildirib ki, güclü yağış nəticəsində vətəndaşın evinə gedən yolu sel suları dağıdıb. Rayon rəhbərliyi baxış keçirib və bağlarına ziyan vurulmasın deyə müəyyən köməkliklər edilib. Hazırda sel suları güclüdür, onun sakitləşməsini gözləyirik. Sakitləşəndən sonra tədbir görüləcəkdir.