SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Hacıqabulda 91 yaşlı kişi, Ağcabədidə isə yeniyetmə kanalda batıb - VİDEO

Hacıqabulda 91 yaşlı kişi, Ağcabədidə isə yeniyetmə kanalda batıb - VİDEO

  • 01 iyul 2025, 13:52
Hacıqabul

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşların batması barədə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

 Kanalda batan 91 yaşlı  Salahov Süleyman Xanəhməd oğlunun meyiti tapılıb. 

2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Prime Leasing