SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Güclü yağış nəticəsində Zaqatalada Tala çayının bəndlərində aşma təhlükəsi yaranıb

Güclü yağış nəticəsində Zaqatalada Tala çayının bəndlərində aşma təhlükəsi yaranıb

  • 23 iyun 2025, 17:56
Zaqatala

Tala çayının Zaqatala şəhəri ərazisindən keçən hissəsində sahil bərkitmə bəndlərində aşma təhlükəsi yaranıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, son günlər Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə yağan leysan və intensiv yağışları nəticəsində Tala çayında suyun səviyyəsində artım müşahidə olunur. İyunun 22-i axşam saatlarından başlayaraq 23-ü günorta saatlarına kimi rayon ərazisində intensiv yağışlar olub.

Rayonun yüksək dağlıq ərazilərində isə leysan yağışları müşahidə olunub. Dağlara yağan intensiv və leysan yağışları nəticəsində gecə saatlarından başlayaraq Tala çayında suyun səviyyəsi kəskin artıb. Çayın Zaqatala şəhəri ərazisindən keçən hissəsində çay yatağında su axarını çayın sağ sahilinə dəyişərək betondan quraşdırılmış sahil bərkitmə bəndlərinin oturacağının altındakı torpaq-qum layını yuyub, 80 metr məsəfədəki bəndlərin uçma təhlükəsi yaranıb, ərazidən keçən yüksək gərginlikli elektrik dirəklərində aşma təhlükəsi yaranıb.

Çayın sağ sahilində yaşayanlar, Nizami Gəncəvi küçəsinin sakinləri sahil bərkitmə bəndlərinin aşacağından, sahildə tikilmiş 100-dən çox evin təhlükə iolə üzləşəcəyindən narahatdırlar.

Sakinlər çayda axan suyun məcrasının dəyişməsinin səbəbini son vaxtlar çayın Zaqatala şəhəri ərazisindən keçən hissəsində çay yatağında təmizlənmə və genişlənmə işlərinin aparılmaması ilə izah edilər.

Zaqatala Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Tala çayının həmin ərazidən keçən hissəindəki sahilbərkitmə bəndləri keçən əsrin 80-cı illərində tikilib, bəndlər artıq istismar müddətini başa vurub. Çayda yaranmış vəziyyəti aradan qaldıqmaq üçün əraziyə ağır texnika gətirilib, suyun səviyyəsi azalan kimi çay yatağında müvafiq işlər aparılacaq.

Prime Leasing