SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Gözləmədiyim anda çaqqal baldırımdan yapışdı - VİDEO

"Gözləmədiyim anda çaqqal baldırımdan yapışdı" - VİDEO

  • 07 oktyabr 2025, 16:27
İsmayıllı

"Mənim 60 yaşım var, bu vaxta qədər belə şey görməmişəm". 

Yurd.Media xəbər verir ki, bunu İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində çaqqal hücumuna məruz qalan sakin bildirib.

Zərərçəkən Tofiq Babazadə hadisə barədə "Baku TV"yə açıqlamasında bildirib ki, kənddə ilk dəfədir çaqqal insanlara hücum edib:

"Səhər öz heyvanlarımı otlağa buraxırdım. Qapının ağzında idim, gözləmədiyim anda baldırımdan yapışdı. Əlimlə vurdum, o da qaçdı. Daha sonra həkimə getdim, vaksin vuruldu", - deyə kənd sakini söyləyib.

Çaqqal kənddə həmçinin bir qadına da xəsarət yetirib.

Prime Leasing