Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media-nın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlərdən ikisinə hadisə yerində ambulator müalicə göstərilib. Digər bir nəfər isə Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri və xəstəxanaya yerləşdirilmiş zərərçəkənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.