Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Goranlı kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən piyada- 1963-cü il təvəllüdlü Zaur Hüseynovu avtomobil vurub.
Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.