Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü T.Tanrıverdiyev mübahisə zəminində döyülüb, daha sonra üz nahiyəsinə bıçaq xəsarəti yetirilib.
Yurd.Media xəbər verir ki, zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd sakini 33 yaşlı T. Tanverdiyevə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, 34 yaşlı Nurlan Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.