Gəncədə avtomobillər toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
"VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində, 1953-cü il təvəllüdlü M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Daha bir nəfər - 16 yaşlı M.Qədimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
