SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Xəzər dənizində ard-arda bir neçə zəlzələ

Xəzər dənizində ard-arda bir neçə zəlzələ

  • 08 aprel 2026, 19:02

Xəzər dənizində bu gün ard-arda bir neçə zəlzələ baş verdi.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Yurd.Media-ya bildirilib ki, əvvəldə 5.3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.

Daha sonra dənizdə daha iki afterşok qeydə alınıb.

Bu dəfə zəlzələlərin birinin maqnitudası 3.2, digərinin isə 3 olub.

Zəlzələ ocaqlarının dərinliyi 20 və 21 kilometrdir.

Axşam saatlarında isə 3.5 maqnitudalı daha bir zəlzələ olub.

Bu zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 51 km olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları