SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakının 7 rayonunda hələ də suçəkmə işləri aparilir - VİDEO

Bakının 7 rayonunda hələ də suçəkmə işləri aparilir - VİDEO

  • 09 aprel 2026, 17:38
Bakı

Bakının 7 rayonunda 2 gün yağan intensiv yağışdan sonra hələ də suçəkmə işləri aparilir.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, qurumun qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən görülür.

Bakının 7 rayonunda hələ də suçəkmə işləri aparilir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları